FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video



Arxiv

«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
------------------------------------------
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------
------------------------------------------

Reklam





Xəbər lenti

03-07-2021
03-07-2021
16-06-2021
09-04-2021
08-04-2021
02-04-2021
01-04-2021
31-03-2021
31-03-2021
31-03-2021
30-03-2021
30-03-2021
12-03-2021
11-03-2021
11-03-2021
11-03-2021
11-03-2021
10-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
25-02-2021
24-02-2021
24-02-2021
24-02-2021
22-02-2021
19-02-2021
18-02-2021
18-02-2021
16-02-2021
12-02-2021
11-02-2021
10-02-2021
09-02-2021
09-02-2021
08-02-2021
04-02-2021
28-01-2021
28-01-2021
28-01-2021
27-01-2021
27-01-2021
27-01-2021
27-01-2021
26-01-2021
26-01-2021
25-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
21-01-2021
21-01-2021
19-01-2021
19-01-2021
19-01-2021
18-01-2021
15-01-2021
15-01-2021
14-01-2021
24-12-2020
24-12-2020
24-12-2020


Sayğac


1Bina tikintisinə icazə alıb 5 bina tikir

1Bina tikintisinə icazə alıb 5 bina tikirBakı şəhər sakini Məmişova Xalimə Qəhrəman qızı "RNQ Group" MMC şirkəti tərəfindən Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsində ona məxsus olan obyektlərin qəzalı vəziyyətə gətirildiyini iddia edir.



Bununla bağlı müraciət edən sahibkar bildirib ki, söküntü işləri 3 il bundan qabaq başlayıb: "Obyektlərimin mülkiyyət toxunulmazlığına dair 2 şəhadətnaməm, 2 texniki pasportum var. Həm fiziki, həm də hüquqi şəxs kimi vergi ödəyicisiyəm. "RNQ Group" MMC şirkəti obyektlərimi qəzalı vəziyyətə gətirərək məni 3 ildir ki, sahibkarlıq fəaliyətimdən məhrum edib, şirkət mənə külli miqdarda maddi və mənəvi ziyan vurub.



Nazirlər Kabinetinin pilot layihəyə dair 86 saylı qərarı çoxdan ləğv edilib. Ə. Əlizadə 30 ünvanında yerləşən binanın pilot layihəyə heç bir aidiyyatı yoxdur. Bu şirkət beş bina tikib doymayıb, həyətin ortasını da tikir. "RNQ Group" MMC şirkəti Qarabağ küçəsi ilə Tələt Şıxəliyev küçəsinin kəsişməsində 1 binanın inşasına icazə alıb, lakin 5 bina inşa edib. Kütləvi halda əvəzi, dəyəri ödənilmədən, müxtəlif təzyiq, zorakılıq üsulları ilə mənim və digər Azərbaycan vətəndaşlarının mülklərini dağıdırlar. İnsanların əmlaklarını ucuz qiymətə ələ keçirmək üçün əvvəlcə binanı sökürlər, bu cinayətdir. Binanın yükdaşıyan divarlarını söküb obyektlərimi qəzalı vəziyyətə gətiriblər. Bu, qanunsuzluqdur. Nərimanov rayon məhkəməsinin qərarına əsasən mənim obyektlərim sökülə bilməz. Apellyasiya məhkəməsi də şikayətimi təmin edib. Obyektlərim söküntünün altında qalıb. Mənə pul, yaxud obyekt təklif edilməyib. Qarşılıqlı razılaşma olmadan belə bir qanunazidd addım atıblar". "Qafqazinfo" sözügedən şikayətlə bağlı "RNQ Group" MMC-nin hüquqşünası Vahid Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, sahibkarın obyekti ona aid hissədə məhkəmənin qərarıyla toxunulmaz hesab edildiyindən obyektə ziyan vurulmayıb: "Onun əmlakına toxunmamışıq. 3 il əvvəl bina tikintisinə pilot layihə kimi başlamışıq. Məhkəmədə ona obyekti ilə bağlı təkliflər vermişik. Onun qeyri-yaşayış sahəsi 88 kvadratmetrdir. Biz ona 105 kvadrat metr ərazi təklif etmişik. Əmlak qiymətləndirilib. Dəyərinin də əvvəlcədən ödəyəcəyimizi bildirmişik.



Bu şəxs bizdən binanın birinci mərtəbəsini istəyir. Hansı ki, birinci mərtəbənin ərazisi 700 kvadratmetrdir. 88- nin əvəzinə 700 kvadrat istəmək nə deməkdir? Nə istədiyini özü də bilmir. Həmin binanın qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi var. Bu səbəbdən də layihə icra edilib. Pilot layihələr isə 3 ay bundan qabaq dayandırılıb. Biz isə bundan qabaq binanın tikintisinə başlamışdıq.



Böyük kompleks tikmişik, bu, sonuncusudur. Maraqlıdır ki, 1000- ə yaxın ailənin hamısı razılaşıb, ancaq bir nəfərdən başqa. Vətəndaşlar özləri də məhkəmələrə müraciət edir ki, bir nəfərə görə başqalarının da haqları tapdalanır. Biz onu başa sala bilmirik. Onun "kupça"sının üzərinə vaxtilə yazılan məbləği məhkəmə Mərkəzi Banka sorğu göndərərək hesablatdırıb. Bildirilib ki, indiki məzənnəylə 5000 manat edir. 80 kvadratlıq obyekt 7 milyon manat pul etmir".


                                                                                                                                                   Oxunub: 1680




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: