FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------

Reklam





Xəbər lenti

05-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
25-02-2021
24-02-2021
24-02-2021
24-02-2021
22-02-2021
19-02-2021
18-02-2021
18-02-2021
16-02-2021
12-02-2021
11-02-2021
10-02-2021
09-02-2021
09-02-2021
08-02-2021
04-02-2021
28-01-2021
28-01-2021
28-01-2021
27-01-2021
27-01-2021
27-01-2021
27-01-2021
26-01-2021
26-01-2021
25-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
21-01-2021
21-01-2021
19-01-2021
19-01-2021
19-01-2021
18-01-2021
15-01-2021
15-01-2021
14-01-2021
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
17-12-2020
17-12-2020
17-12-2020
16-12-2020


Sayğac


Biləsuvarda şikayətçini ələ salırlar

Biləsuvarda şikayətçini ələ salırlarBiləsuvar rayonu Bəydilli (Bəydili) kəndinin sakini Xudaverdi Bədirov 2005-ci ildən yaşadığı rayonda həyətyanı torpaq növbəsinə durmasına baxmayaraq, Bəydilli kənd icra nümayəndəliyinin ona dövlət rüsumu ilə torpaq vermədiyini bildirir.

Rayon sakini bildirir ki, ona nə yaşamağa, nə də təsərrüfat qurmağa torpaq verilir. 16 ildir ki, yaşadığı rayonda ona “torpaq yoxdur” deyilir. Vətəndaş iddia edir ki, Biləsuvar rayonuna digər rayonlardan gələn sakinlərə də torpaq verilib.

Lakin rayon sakininə nədənsə torpaq tapılmır. X.Bədirov bildirir ki, hüququnu bərpa etmək üçün yuxarı dövlət qurumlarına, ölkə başçısına müraciət edəndə də, ona süni şəkildə problemlər yaradılır. İşıq, su, qaza əsassız borc yazıldığını, əkin sahəsinin Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov və həmin kəndin bələdiyyəsi İlqar Kərimov tərəfindən qanunsuz satıldığını, ona təzyiq etmək üçün ailəsinin və yaxınlarının sıxışdırıldığını bildirən vətəndaş tək günahının yaşamaq istəyi olduğunu deyir.

X.Bədirovun sözlərinə görə, məqsəd onu torpaq istəyindən daşındırmaqdır. Bütün bu məsələlərlə bağlı Xudaverdi Bədirov İcra başçısı Faiq Qürbətovun qəbulunda olduğunu, lakin probleminin yenə də həll olunmadığını bildirir.

Rayon sakini İcra başçısı ilə görüşün detalları barədə “Cümhuriyət” qəzetinə danışıb.

X.Bədirovun sözlərinə görə, rayonda ona verməyə torpaq olmadığı deyilib:

“22 yanvarda Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov yaşadığım ünvana gəlib həmin gün saat 11:00-da rayonun İcra başçısı Faiq Qürbətovun məni onlayn formatda qəbul edəcəyini dedi. Təxminən saat 12-də kənd icra nümayəndəsi Adil Cəfərovun kabinetində telefon vasitəsi ilə onlayn formatda Faiq müəllim tərəfindən qəbul olundum. Faiq müəllimə Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərovun və həmin kəndin bələdiyyə sədri İlqar Kərimovun 16 ildir ki, dövlət rüsumu ilə mənə yaşamaq üçün həyətyanı torpaq vermədiyini (2005-ci ildən həyətyanı torpaq üçün növbəyə yazılmışam-X.B) və qurduğum təsərrüfatı saxlamağa da heç bir qarış torpaq vermədiyini qeyd etdim. Hətta bildirdim ki, dəfələrlə Adil Cəfərova və İlqar Kərimova dərə-təpə əraziləri, zibillikləri, istifadəsiz əraziləri göstərib demişəm heç olmasa buraları verin hamarlayıb təsərrüfatımı saxlayım, işsiz kimi dörd övladımla birgə dövlətə yük olmayım. Qeyd etdim ki, dövlətin aztəminatlı ailələrə təsərrüfat qurmaq üçün verdiyi heyvanları da istəməmişəm və öz zəhmətimlə 200 baş qoyun yığmışdım. Adil Cəfərov və İlqar Kərimov onları saxlamaq üçün heç bir köməklik göstərmədiyi üçün saxladığım heyvanların 100 başı dağıldı. İcra başçısı Faiq Qürbətov isə mənə cavabında dedi ki, torpaq yoxdur, niyə o qədər heyvan saxlayırsan? Dedim axı, bu pandemiya dövründə heç bir yardım olmadan yaşamaq üçün nə etməliyəm? Ailəm və dörd övladım bu təsərrüfata baxır. Faiq müəllim isə cavabında dedi ki, indi torpağımız yoxdur”.

X.Bədirov qeyd edir ki, əsaslı problemlərini icra başçısına bildirməsinə baxmayaraq, həmin məsələlərin heç biri həllini tapmayıb:

“Mən sual edirəm, əgər 16 il ərzində mənə və övladlarıma yaşamaq üçün dövlət qanunları ilə torpaq verilmirsə, biz harada yaşamalıyıq? Niyə bu icra məmurları imkan vermirlər ki, sadə vətəndaşlar kənd təsərrüfatının və heyvandarlığın inkişafına dəstək olsunlar, dövlətə yük olmasınlar? Faiq Qürbətova onu da bildirdim ki, dövlət tərəfindən əkinə dəstək məqsədi ilə mənə ayrılan vəsaiti də Adil Cəfərovla İlqar Kərimov qeyri-qanuni yollarla mənimsəyir və bu məsələ aylardır davam edir. Beləcə, mənə əkin əkməyə də imkan vermirlər. Səsimi çıxardıram qanunsuz olaraq qaz və su sayğaclarıma əsassız borc vurulur, övladlarım öyrədilmiş şəxslər tərəfindən böhtan atılaraq sıxışdırılır və məndən uzaq salınır. Faiq Qürbətov sonuncu fikirlərimlə bağlı heç bir söz demədi. Təxminən 20 dəqiqəlik dialoqumuzda bütün əsaslı problemlərimi anlatdım. Lakin hələ də problemlər olduğu kimi qalır. İcra başçısı mənə yerli məmurlar tərəfindən yaradılan süni problemləri dinləməkdən yorulub dedi ki, çox danışdın. Mən isə izah etdim ki, bunlar hamısı şəxsimə qarşı üst-üstə yaradılan problemlərdir. Prezidentin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetlərdən biri də kiçik və orta sahibkarlığa dəstək proqramının davam etdirilməsidir. Nəyə görə yerli məmurlar dövlət başçısının qərarlarının ziddinə getməklə vətəndaşları narazı salırlar? Prezident İlham Əliyev Faiq Qürbətovu qəbul edərkən dedi ki, ilk növbədə rayonlarda mövcud olan narazılıqlar, nöqsanlar araşdırılmalıdır və insanları narahat edən problemlər öz həllini tapmalıdır. Axı məni vətəndaş olaraq 16 ildir yerli idarəetmə orqanlarında süründürürlər. Heç bir problemim həllini tapmır. Necə olur ki, rayon sakinin yaşaması üçün torpaq tapılmır? Sonda qeyd edim ki, mənə problemimim həll olunacağı ilə bağlı heç bir söz də deyilmədi. Bunu sadəcə formal qəbul da adlandıra bilərəm. Əgər başçı ilə görüşə dair fikirlərimin hər hansı birini qarşı tərəf təkzib edərsə, sübut etməyə hazıram”


                                                                                                                                                   Oxunub: 1630




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: