FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------

Reklam





Xəbər lenti

05-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
05-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
02-03-2021
25-02-2021
24-02-2021
24-02-2021
24-02-2021
22-02-2021
19-02-2021
18-02-2021
18-02-2021
16-02-2021
12-02-2021
11-02-2021
10-02-2021
09-02-2021
09-02-2021
08-02-2021
04-02-2021
28-01-2021
28-01-2021
28-01-2021
27-01-2021
27-01-2021
27-01-2021
27-01-2021
26-01-2021
26-01-2021
25-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
21-01-2021
21-01-2021
19-01-2021
19-01-2021
19-01-2021
18-01-2021
15-01-2021
15-01-2021
14-01-2021
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
17-12-2020
17-12-2020
17-12-2020
16-12-2020


Sayğac


"Azərqazda" sayğac fırıldağı

"Azərqazda" sayğac fırıldağıÖlkədə mexaniki-elektron sayğaclarda limitin sıfırlanması ilə bağlı narazılıqlar artıb. Buna səbəb həmin sayğaclardan istifadə edən abonentlərdə qaz limitinin sıfırlanması prosesinin ləngidilməsi və ya uzanmasıdır.

Bizim.Media-ya müraciət edən çoxsaylı qaz abonentlərinin sözlərinə görə, smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır.
Yəni dekabrın 31-də gecə saat 00:00-da bu proses öz işini avtomatik olaraq icra edir və sistemdə bu dəyişiklik gedir. Mexaniki-elektron sayğaclarda isə proses uzanır.
Bəzən bu sayğaclarda limitin sıfırlanmasına yanvar ayının ilk ongünlüyündən sonra start verilir, ləngidilən günlərə görə isə abonent sərf etdiyi qaza görə 20 qəpikdən ödəməkdə davam edir.
Qeyd edək ki, mexaniki-elektron sayğaclardan istifadə edənlər “Azəriqaz”ın qaynar xəttinə yanvarın 10-na kimi sayğaclarının fotolarını göndərməlidirlər.
Limitin sıfırlanması məhz fotonun qeydə alındığı tarixdən nəzarətə götürülür və oxunduqdan sonra sıfırlanır. Şikayətçilərin dediyinə görə, bəzən bu məsələdə də vaxt itkisi ilə üzləşirlər. Sayğacların oxunması üçün bəzi abonentlərin fotonu vaxtında müvafiq yerə göndərmələri üçün ya texniki imkanları, ya da məlumatsızlığı səbəb olur.
Abonentlər bu işin “Azəriqaz” əməkdaşları tərəfindən müvafiq zamanda həyata keçirilməsini tələb edirlər. Nəticə etibarilə yanvar ayının ilk günləri bayram və istirahət günlərinə təsadüf etdiyindən bu proses ayın 10-dan sonra tamamlanır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov vətəndaşların bu narazılığına aydınlıq gətirib.
O deyib ki, mexaniki-elektron sayğacların tənzimlənməsi məsələsi vətəndaşlar tərəfindən düzgün anlaşılmayıb:
“Bu sayğacların göstəriciləri fiziki şəkildə oxunmalıdır. Əməkdaşımız sayğaca yaxınlaşır, göstəricini qeydə alır və işə qayıtdıqdan sonra o göstəriciləri bazaya yükləyir. Bazaya yükləyəndən sonra artıq onun limit hesablanma mərhələsinə başlanır. Smart sayğaclarda bu proses dekabrın 31-i saat 00:00-da avtomatik olaraq həyata keçirilir və yeni il üçün olan limitdən istifadə olunur. Mexaniki-elektron sayğaclarda isə dediyim formada icra olunur. Bu sayğaclar üçün hesabat dövrü yanvarın 5-dən növbəti ilin ilk ayının 5-nədir. Yanvar ayının ilk 4 günü qeyri-iş günü olduğundan proses ayın 5-dən sonra başlayır. Bir sözlə, proses yanvarın 10-a qədər tamamlanır”.
Qurum rəsmisi qeyd edib ki, bəzi abonentlər müraciətlərində prosesin ayın 10-a qədər davam etməsini istəmədiklərini bildiriblər:
“Onlar sayğaclarının daha tez oxunmasını istəyirdilər. Qaynar xəttə foto göndərilməsi təklifi məhz sayğacların tez oxunması üçün idi. Bir şərtlə ki, fotonun üzərinə tarix düşsün. Bu, heç də bütün abonentlərə şamil olunmur. Yəni bütün abonentlərdən xahiş olunmurdu ki, fotonu çəkib göndərsinlər. Bəlkə biri sayğacının fotosunu noyabr ayında çəkib, amma yanvarda göndərir. Ola bilər ki, biri yanvarın 8-i sayğacının fotosunu göndərib. Halbuki onun sayğacı əvvəl oxunub. Artıq abonentin foto göndərməsi lüzumsuzdur”.
Real durum heç də “Azəriqaz” rəsmisinin dediyi kimi deyil. Çoxsaylı mexaniki-elektron sayğaclara fiziki şəkildə baxış keçirilmir.
Onların yolunu gözləyən abonentlər isə sayğaclarının forosunu qaynar xəttə göndərənə qədər bəlli bir zaman keçir. Bu da limitin sıfırlanması prosesini ləngidir.
Xatırladaq ki, 2019-cu ilin aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.
Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.


                                                                                                                                                   Oxunub: 1050




Şərh müəllifi: Azad Məmmədov                 Tarix: 24 yanvar 2021 14:27                 [ Cavabla ]


Bu proses ildə cəmi bir dəfə baş verdiyindən onu fırıldaq adlandırmaq düzgün deyil.Bu sadəcə texnili bir məsələdir ki həllini gözləyir.



                        




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: