FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
------------------------------------------
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------

Reklam





Xəbər lenti

22-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
21-01-2021
21-01-2021
19-01-2021
19-01-2021
19-01-2021
18-01-2021
15-01-2021
15-01-2021
14-01-2021
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
17-12-2020
17-12-2020
17-12-2020
16-12-2020
16-12-2020
16-12-2020
16-12-2020
16-12-2020
15-12-2020
15-12-2020
15-12-2020
11-12-2020
11-12-2020
11-12-2020
10-12-2020
10-12-2020
10-12-2020
09-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
07-12-2020
07-12-2020
05-12-2020
03-12-2020
02-12-2020
02-12-2020
02-12-2020
02-12-2020
01-12-2020
30-11-2020
30-11-2020
30-11-2020
30-11-2020
27-11-2020
27-11-2020
27-11-2020


Sayğac


Proqress-2016 sakinləri aldadıb?

Proqress-2016 sakinləri aldadıb?Bakıda tikinti mafiyasının qurbanları günbəgün artır. Hüquq-mühafizə orqanları onlarla mütəşəkkil səviyyədə mübarizə aparsa da, dələduz inşaat firmalarının, rəhbərlərinin sayı azalmaq bilmir ki, artmaqdadır.
Reportyor.info-nun verdiyi xəbərə görə, belə şirkətlərdən biri “Proqress 2016” MTK-dır. Bu şirkət neçə ildir ki, payçıları aldatmaqdadır.
Əldə etdiyimiz məlumatda deyilir ki, şirkətin faktiki sahibi, “Hayan E ” MMC-nin də hüquqi sədri olan Səməndərov Emil Tofiq oğlu mənzil sahiblərinə fırıldaqda gəlməkdə davam edir və havadarlarına güvənir.
Bu özbaşınalıq və dələduzluq faktı istintaq tərəfindən təsdiqini taparsa, E.Səməndərovu uzunmüddətli dörd divarlıq hücrə həyatı gözləyir.
Amma nə şirkət rəhbəri mənzil alan vətəndaşların problemini həll edir, nə də onu qoruyan “sehirli əllər” şikayətçilərin səsinin yuxarılara laızmi səviyyədə çatmasına imkan verir.
Şikayətçilərdən birinin video müsahibəsində dediyinə görə, 2018-ci ilin dekabrında 39 min manat nağd ödəniş edərək “Proqress 2016” MTK-dan mənzil alıb.

Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E ” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış.
Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb.
Beləliklə, bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Faktiki şikayətçinin sözlərinə görə, bu, ciddi qanun pozuntusudur. Çünki bir müqaviləyə xitam verilməmiş, digəri imzalanıb.
Reportyor.info məlumat verir ki, mənzili nağd aldığı üçün hazırkı ev sahibi hüquq predmetləri çərçivəsində mülkiyyətin ona aid olduğunu söyləyir.
Sitat: “Ancaq indiyə qədər binaya mismar vurulmayıb, ailələr, körpəsi, yaşlısı olan adamlar kirayələrdə qalmışıq.
Bizim ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından xahişimiz budur ki, binamız Emil Səməndərov və quldur dəstəsindən alınsın”.
Eyni problemlə üzləşən digər payçı 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib.
Sakinlərin sözlərinə görə, “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bir mənzili bir neçə şəxsə satıb.

Bu da fırıldaq və dələduzluq əməli hesab edilir. Bakıda bir neçə şirkət rəhbəri belə ittihamla mühakimə olunub və ağır həbs cəzası alıb.
Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti məsələdən məlumatlıdırlar. Amma nəticəsi yoxdur. “Biz neçə ildir ki, binanın təhvil verilməsini gözləyirik”, – deyə sakinlər gileylənirlər.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır.
Sakinlər deyirlər ki, Vətən müharibəsi günlərində susublar, problemi qabartmayıblar, Orduya, dövlətə dəstək olaraq bir müddət gözləyiblər.
“Biz bina sakinlərinin siyahısının blokda lövhədə yerləşdirilməsini tələb etmişik. Amma yerinə yetirilməyib.
Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur.
Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib. \
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı
Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.
Yeri gəlmişkən, “Proqress-2016” MTK-da mənzil alıb, ancaq mənzillərinə köçə bilməyənlər Korrusiyaya qarşı Baş Mübarizə İdarəsinin önünə toplaşıblar.
Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb.
Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər.


                                                                                                                                                   Oxunub: 960




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: