FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
------------------------------------------
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------

Reklam





Xəbər lenti

22-01-2021
22-01-2021
22-01-2021
22-01-2021
21-01-2021
21-01-2021
19-01-2021
19-01-2021
19-01-2021
18-01-2021
15-01-2021
15-01-2021
14-01-2021
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
24-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
23-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
18-12-2020
17-12-2020
17-12-2020
17-12-2020
16-12-2020
16-12-2020
16-12-2020
16-12-2020
16-12-2020
15-12-2020
15-12-2020
15-12-2020
11-12-2020
11-12-2020
11-12-2020
10-12-2020
10-12-2020
10-12-2020
09-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
08-12-2020
07-12-2020
07-12-2020
05-12-2020
03-12-2020
02-12-2020
02-12-2020
02-12-2020
02-12-2020
01-12-2020
30-11-2020
30-11-2020
30-11-2020
30-11-2020
27-11-2020
27-11-2020
27-11-2020


Sayğac


Azərbaycan Xankəndinə nə vaxt dönür?

Azərbaycan Xankəndinə nə vaxt dönür?Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu hərbi əməliyyatları, noyabrın 8-də Qarabağın əsas strateji şəhəri olan Şuşanın işğaldan azad edilməsi Ermənistanı atəşkəsə razılaşmağa məcbur etdi. Noyabrın 10-u gecə saatlarında Ermənistan tərəfinin müraciəti əsasında müharibənin dayandırılması haqqında atəşkəs bəyanatı imzalandı. Rusiya, Azərbaycan və Ermənistanın liderləri arasında üçtərəfli sənəd qəbul olundu.

9 maddədən ibarət sənəddə Qarabağ münaqişə zonasında atəşkəsin dərhal bərpa olunması, Azərbaycan Ordusunun işğaldan azad etdiyi nöqtələrdə dayanması, 44 günlük müharibə nəticəsində işğaldan azad edilməmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının qrafik əsasında erməni silahlıları və əhalisi tərəfindən boşaldılması, əsir, girov və cəsədlərin dəyişdirilməsi və bölgəyə Rusiya sülhməramlılarının gətirilməsi razılaşdırıldı.

Bəyanatda razılaşdırılan əsas məqamlardan biri məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsinin təmin olunmasıdır. Əlbəttə, işğaldan azad olunan ətraf rayonlara və Qarabağın dağlıq inzibati ərazisinə aid olan Şuşaya, Hadruta, Xocavəndin, Xocalının azad olunan bir çox kəndlərinə azərbaycanlıların qayıdışında problem olmayacaq.

Amma Xankəndiyə, Xocavəndə, Xocalıya qayıdış məsələsində suallar var. Çünki Azərbaycanın Xankəndi şəhərində yaşamış erməni vətəndaşlarımız hazırda rus sülhməramlılarının vasitəçiliyi ilə şəhərə qaytarılırlar. Bu, üçtərəfli bəyanata uyğun olsa da, uyğun olmayan separatçı rejimin terrorçubaşı Arayik Arutunyanın yenə də özünü “prezident” adlandırmasında, həmçinin, Xankəndidə hələ də, separatçıların “bayraq” dedikləri əski parçasının dalğalanmasındadır.

Eyni zamanda, məlumdur ki, vaxtilə Xankəndinin 25 faizində, Xocalıda və Xocavənddə isə demək olar ki, bütöv şəkildə azərbaycanlılar yaşayıblar. Amma hazırda Qarabağın dağlıq hissəsinə azərbaycanlı məcburi köçkünlərin qaytarılması haqqında heç nə deyilmir. Bu da cəmiyyətdə haqlı suallar yaradır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da AYNA-ya açıqlamasında deyib ki, sözügedən suallara aydınlıq gətirilməsi vacibdir: “Bu gün azərbaycanlı məvburi köçkünlərin Xankəndiyə, Xocalıya, Xocavəndə qayıtmalarında problemlər var. Rusiyanın hərbçilərinə axrayın olan ermənilər Azərbaycan pasportunu almırlar, hələlik bayrağımız həmin 3 şəhərdə dalğalanmır. Azərbaycanın İnterpol xətti ilə axtardığı terrorçular bizə təhvil verilmir. Bütün bu məsələlər həllini tapmadan, məcburi köçkünlərimizin həmin bölgələrə qayıtması çətin olacaq”.

“Xocalıda, Xocavənddə, Xankəndində suverenliyimiz təmin olunmayıbsa, oraya nə azərbaycanlıların, nə də ermənilərin qayıtmasının anlamı var. Rusiya hərbçiləri də özlərini sülhməramlıdan daha çox tərəf kimi aparırlar. Düşünürəm ki, Türkiyənin müdaxilə etməsi vacibdir. Ermənilər həmişə deyirdilər ki, “Dağlıq Qarabağın statusu tanınsın, ətraf rayonları qaytaraq”. İndi Azərbaycan Ordusu öz gücünə ətraf rayonları işğaldan azad edib, amma Dağlıq Qarabağla bağlı qeyri-müəyyənlik var”, - partiya sədri bildirib.

“Bu gün Xankəndidə, Xocalıda, Xocavənddə hansısa kommunal təsərrüfata ziyan dəyibsə, onu Azərbaycan dövləti həll etməlidir. Laçın dəhlizi ilə xüsusi yol nə deməkdir? Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, nəyə görə işğalçı ölkə ilə Azərbaycanın bir bölgəsi arasında xüsusi yol olmalıdır?! Orada yola kim nəzarət edəcək? Əgər belədirsə, Türkiyə də prosesin tam içərisində olmalı, Xankəndi, Xocalı və Xocavənddə sülhə nəzarət funksiyasını həyata keçirməlidir. Əks təqdirdə, düşmən yenidən təxribatçı davranışlara əl ata bilər”,


                                                                                                                                                   Oxunub: 1620




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: