
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Veton Constraksen” MMC olub.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu "AC C12 korrozimetr" avadanlıqının satın alması üçün “Veton Constraksen” MMC -yə 35 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 35 min manatlıq tender müsabiqəsinin qalibi olan “Veton Constraksen” MMC cəmi 3 ay əvvəl – avqust ayının 24-də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust ayında “Veton Constraksen” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Veton Constraksen” MMC -nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan “Veton Constraksen” MMC -nin qanuni təmsilçisi Mustafayev Ədalət Mahmud oğlu eyni zamanda 2 şirkətin - “Veton az” MMC və “Veton Grup” MMC-nin rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (“az Ltd”, “az Constraksen”, “az Grup”) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub: