FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
Dinlər haqqında məlumat
3-06-2015, 16:37
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
------------------------------------------

Reklam





Xəbər lenti

26-05-2020
22-05-2020
22-05-2020
22-05-2020
22-05-2020
21-05-2020
21-05-2020
21-05-2020
21-05-2020
21-05-2020
20-05-2020
20-05-2020
19-05-2020
19-05-2020
18-05-2020
18-05-2020
17-05-2020
16-05-2020
16-05-2020
15-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
13-05-2020
13-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
08-05-2020
08-05-2020
04-11-2019
04-11-2019
02-11-2019
01-11-2019
01-11-2019
01-11-2019
31-10-2019
30-10-2019
30-10-2019
28-10-2019
24-10-2019
24-10-2019
23-10-2019
22-10-2019
22-10-2019
17-10-2019
17-10-2019
17-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
12-10-2019
10-10-2019
09-10-2019
09-10-2019
08-10-2019
08-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
08-05-2019


Sayğac


Toxunulmaz nazir

 Toxunulmaz nazirİndi hər kəsi Əbülfəs Qarayevin taleyi düşündürür. Onun həbs olunacağı, yoxsa istefaya göndəriləcəyi ictimai müzakirələrin ana xəttini təşkil edir. Belə düşünənlər var ki, baş verənlərə görə Əbülfəs Qarayev də məsuliyyət daşıyır və bu baxımdan, o da həbs olunmalıdır. Ən pis halda vəzifəsindən istefa verməlidir.

Müşahidələr göstərir ki, hələ ki, ortada Əbülfəs Qarayevin həbs etmək niyyəti yoxdur. Hər halda Mədəniyyət Nazirliyindəki xüsusi əməliyyatın üzərindən 3 gün keçib. Bu müddət ərzində Əbülfəs Qarayev məsuliyyətə cəlb olunmayıbsa, deməli, nazir həbs prosesindən kənarda saxlanılıb.

Əbülfəs Qarayevin istefasına gəlincə, bu məsələ hələ ötən ilin əvvəlindən, uzun müddət yüksək vəzifə tutan məmurların əvəzlənməsinə start veriləndən gündəmə gəlib. Çünki Mədəniyyət naziri də bu kateqoriyadan olan məmurlardan biridir. Bu ilin iyulunda Əbülfəs Qarayevin nazir kimi karyerasının 26 ili tamam olacaq. O, 26 iyul 1994-cü il tarixdə Gənclər və idman naziri təyin edilib. 2001-ci ildə nazirliyin adı dəyişdirilərək Gənclər, İdman və Turizm Nazirliyi adlandırılıb. Qurumun adı dəyişsə də, rəhbəri dəyişməyib. Yəni, Əbülfəs Qarayev Gənclər, idman və turizm naziri kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə isə o, Mədəniyyət və turizm naziri təyin olunub. 2018-ci ildə bu nazirliyin də adı dəyişdirilib. Mədəniyyət Nazirliyi adlandırılan quruma yenə də Əbülfəs Qarayev rəhbərlik edib.

Beləliklə, Əbülfəs Qarayev karyerası dövründə faktiki olaraq 4 nazirliyin rəhbəri olub və hansısa səbəbdən onun əvəzlənməsi yada düşməyib. Bəzi iddialara görə, Əbülfəs Qarayev Mədəniyyət naziri olduğuna görə hakimiyyət komandasının ən zəif fiquru kimi xarakterizə edilsə də, əslində bu yanlış nəticədir. Bildirilir ki, iqtidar komandasında ən odioz fiqurlardan biri elə Əbülfəs Qarayevdir. Onun tozunulmazlığı da bununla izah edilir.

Lakin 2019-cu ildən başlayaraq məmurların toxunulmazlıq mifi darmadağın edilib. Ölkə başçısının ortaya qoyduğu siyasi iradə nəticəsində cəmiyyətin nə vaxta işdən çıxarılacağına inanmaqda çətinlik çəkdiyi məmurlar istefaya göndərilib. Əbülfəs Qarayev də onlardan artıq deyil və güman ki, həbs edilməsə də, vəzifəsinə əlvida deməli olacaq.


                                                                                                                                                   Oxunub: 1010




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: