FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
Dinlər haqqında məlumat
3-06-2015, 16:37
------------------------------------------
İmişlidən şikayət
9-04-2019, 17:21
------------------------------------------
AQTA-da monopolist siyasət
4-11-2019, 11:04
------------------------------------------
Bizi qatil edən kitablar
12-10-2017, 10:13
------------------------------------------
------------------------------------------

Reklam





Xəbər lenti

26-05-2020
22-05-2020
22-05-2020
22-05-2020
22-05-2020
21-05-2020
21-05-2020
21-05-2020
21-05-2020
21-05-2020
20-05-2020
20-05-2020
19-05-2020
19-05-2020
18-05-2020
18-05-2020
17-05-2020
16-05-2020
16-05-2020
15-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
14-05-2020
13-05-2020
13-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
12-05-2020
08-05-2020
08-05-2020
04-11-2019
04-11-2019
02-11-2019
01-11-2019
01-11-2019
01-11-2019
31-10-2019
30-10-2019
30-10-2019
28-10-2019
24-10-2019
24-10-2019
23-10-2019
22-10-2019
22-10-2019
17-10-2019
17-10-2019
17-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
12-10-2019
10-10-2019
09-10-2019
09-10-2019
08-10-2019
08-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
08-05-2019


Sayğac


Abşeronda ekolji felaket

Abşeronda ekolji felaketABŞERONDA EKOLOJI FƏLAKƏT-VIDEOMüəllif: Dəryaz Oraqov 4 мая 2020 / ŞİKAYƏTLƏR
Hökməli qəsəbə bələdiyyəsi fəaliyyətsiz quruma çevrilib?—VİDEO/ FAKT
Hökməli qəsəbə bələdiyyəsi fəaliyyətsiz quruma çevrilib?---VİDEO/ FAKT

Hər kəsə bəllidir ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilir. Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq bələdiyyə institutu yaradıldı. Vaxtilə Ümumilli Liderimiz bələdiyyələrlə bağlı çıxışlarının birində qeyd etmişdi: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir… Yerli idarəetmə orqanları yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işləri görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Ümumiyyətlə, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.

Düzdür, bu gün bəzi bələdiyyələr öz fəaliyyətləri nəticəsində seçici etimadını qazansalar da, bəzi bələdiyyələr isə yerli sakinlərin inamsızlığını qazanmışlar. Buna da əsas səbəb, məhz onların fəaliyyətsizliyi və üzərinə düşən vəzifələrinin öhdəsindən lazımınca gələ bilməmələri olur. Bəli, KİV nümayəndəsi olaraq indiyə kimi bir çox bələdiyyələrin fəaliyyətsizlikləri haqda silsilə tənqidi açıqlamalar yayımlamışıq və aidiyyatı qurumları baş verənlərlə bağlı lazımınca da məlumatlandırmışıq.



Bu gün redaksiyamıza təqdim olunan video-çəkilişlərdən və çatdırılan məlumatlardan bəlli olur ki, Abşeron rayonunun Hökməli bələdiyyəsi də, məhz öz fəaliyyətsizliyi nəticəsində ad-san çıxaran bələdiyyələrdən biridir. Çünki, redaksiyamıza təqdim olunan materiallara diqqət yetirdikdə müəyyən etmək olur ki, rayonun Müşfiq qəsəbəsinin 28-ci məhəlləsində, bir qədər də dəqiq desək, qeyd olunan ərazidəki “ÇIRAQ PETROL” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı əraziyə sakinlər tərəfindən atılmış zibillər günlərlə deyil, hətta həftələrlə də daşınmır. Belə bir halın varlığı da, həm ərazinin antisanitariya mənbəyinə çevrilməsinə, həm də üfunətli iy-qoxunun ətraf ərazini ağuşuna alması ilə nəticələnir. Daha faciəli və diqqəti cəlb edən halın varlığı isə, zibillərin atıldığı ərazidən təqribən 100 dm-lik bir neçə mavi qaz boru xətlərinin keçməsi və zibillər od tutub yanan zaman insan həyatı üçün təhlükənin yaranmasıdır. Redaksiyamıza təqdim olunan video-çəkilişlərə diqqət yetirdikdə o da bəlli olur ki, 27 aprel 2020-ci il tarixdə, saat təqribən 21:35 radələrində qeyd olunan ərazidə hansısa səbəb üzündən güclü yanğın hadisəsi baş verir. Ətraf ərazidən keçən sakin vəziyyətin ciddiliyini görür və ləngimədən Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə zəng etməli olur. Çox keçmir ki, həmin qurumun əməkdaşları qeyd olunan əraziyə gedib baş verən yanğın hadisəsini söndürə bilirlər. Belə bir xoşagəlməz halın varlığı, yəni həmin ərazidən zibillərin günlərlə deyil, həftələrlə təmizlənməməsi, ərazinin antisanitariya mənbəyinə çevrilməsi, mavi qaz boru xətlərinin partlayacağı təqdirdə insan həyatı üçün böyük təhlükənin yaranması və s. Hökməli qəsəbə bələdiyyəsinin fəaliyyətsiz bir qurum olduğunu sübuta yetirir.



Düşündürücü hal odur ki, bu gün cənab Prezidentin diqqət və qayğısı sayəsində ölkəmizdə koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri ardıcıl şəkildə həyata keçirilsə də, əhalinin sağlamlığının qorunması yöndə lazımi tədbirlər proqramı görülsə də, Hökməli qəsəbə bələdiyyəsi isə, hələ də öz ampulasındadır. Əgər bu belə olmasaydı o halda adı çəkilən qurumun rəhbərliyində olan şəxslər üzərinə düşən vəzifə boclarını yerinə yetirib, zamanında lazımi addımlarını atardılar. Deməli, belə bir halın baş verməsi onu göstərir ki, adı çəkilən bələdiyyənin rəhbərliyində olan şəxslər cənab Prezidentin çağırışına, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarlarına məhəl qoymadan, bu gün də sakinlərin sağlamlıqlarının qorunması, təhlükəsizliklərinin təmin olunması məsələrinə sayğısızlıq göstərməkdə davam edirlər.

Bu yöndə araşdırmamız davam edəcək. Ona görə də bizi izləyin ki, bizim yazacaqlarımızdan xəbəriniz olsun.


                                                                                                                                                   Oxunub: 260




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: