FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
Dinlər haqqında məlumat
3-06-2015, 16:37
------------------------------------------
------------------------------------------
"Tuğ" filimi
8-05-2019, 18:50
------------------------------------------
------------------------------------------
------------------------------------------
------------------------------------------

Reklam





Xəbər lenti

04-11-2019
04-11-2019
02-11-2019
01-11-2019
01-11-2019
01-11-2019
31-10-2019
30-10-2019
30-10-2019
28-10-2019
24-10-2019
24-10-2019
23-10-2019
22-10-2019
22-10-2019
17-10-2019
17-10-2019
17-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
12-10-2019
10-10-2019
09-10-2019
09-10-2019
08-10-2019
08-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
08-05-2019
01-05-2019
29-04-2019
29-04-2019
29-04-2019
22-04-2019
12-04-2019
11-04-2019
11-04-2019
11-04-2019
09-04-2019
09-04-2019
09-04-2019
03-03-2019
28-02-2019
28-02-2019
28-02-2019
25-02-2019
25-02-2019
25-02-2019
25-02-2019
22-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
20-02-2019
20-02-2019
20-02-2019
18-02-2019
18-02-2019
18-02-2019
14-02-2019
14-02-2019
14-02-2019
14-02-2019


Sayğac


BNA-nın kor xəlifəsi işləmək istəməyən Vüsal Kərimli

BNA-nın kor xəlifəsi işləmək istəməyən Vüsal KərimliSon zamanlar istər sosial mediada , istərsə də mətbuatda Bakı Nəqliyyat Agentliyinin ünvanına yazılan çoxsaylı tənqidlər boy göstərir.

Əlbəttə, iş olan yerdə tənqid, nöqsanlar və yanlışlar qaçılmazdır.

Lakin Agentliyin adının tez-tez çəkildiyi son günlərdə həmin tənqidlərin daha çox şikayət xarakterli olması olaylara daha ciddi yanaşıb, təhlil etməyə əsas verir.

BNA –ın istər vətəndaşlar, istərsə də media ilə işinin qurulmasında heç bir irəliləyiş sezilmir.

Vətəndaşlara haqsız cərimələrin yazılması, medianın sorğularının cavabsız qoyulması, internet televiziyasınnın debat çağırışlarından boyun qaçırılması Agentliyin iş qabiliyyətinə “qibtə etməyə” ciddi əsas verir.

KONKRET.AZ Agentliyin qaynar xətti ilə bağlantı qurub BNA rəhbərliyindən açıqlama almaq təşəbbüsündə olsa da, qurumdan redaksiyamıza hal-hazırda bizim suallarımızı cavablandıra biləcək rəsmilərin qurumda olmadığı və onlar işə gəldikdə əməkdaşımızla mütləq əlaqə saxlanılacağı məlumatı verildi.

Görəsən geridə qalan bir neçə həftə ərzində BNA ofisinə heç bir rəsmi şəxs qədəmlərini qoymayıb ki, media orqanı ilə əlaqə saxlanılıb suallara cavab verilsin.

Yəqin ki, bu informasiyadan sonra hər kəs belə bir “məsuliyyətli” qurumun “eyni məsuliyyətli” işçisi olmaq istəyər.

BNA-ın mətbuat katibi Mais Ağayev hər nə qədər özünü mediaya açıq biri kimi təqdim etməyə çalışsa da, hər halda bu təqdimatdan qırağa çıxmır.

Jurnalistin sualını cavabsız qoyub sorğuda əksini tapan məsələ ilə bağlı Agentlik tərəfindən tezliklə press –reliz vasitəsilə ictimaiyyətə cavab veriləcəyini söyləmək və həmin press – relizin təqdimatını az qala bir aya yaxın müddətdə uzatmaq heç bir mediaya açıqlıq standartlarına sığmır.

Bəlkə də, Agentliyin mətbuatla əlaqələrə məsul şəxsinin mətbuatla əlaqə qurmaq anlayışı bu sərhədləri keçmir.

Bəlkə də, onlar press – reliz hazırlaya bilmirlər. Bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir.

BNA-ın işçilərinin hər gün iş adı ilə “cərimə ovuna” çıxmasını demirəm.

Deməməyimin səbəbi isə zatən sürücülərin əksəriyyət faizinin bu qanunsuz “cərimə ovu”ndan yaxından xəbərdar olmasıdır.

Bizə bu qərara gəlməyə elektron ünvanına daxil olan çoxsaylı şikayət məktubları və bir çox tanınmış simanın bu ədalətsiliyə etdiyi etirazlar əsas verir.

Belə ki, ötən günlərdə prodüser-aparıcı Tarix Əliyev – Tolik Agentliyin qanunsuz cərimə siyasətinə etiraz olaraq qurum rəsmilərini sərt tənqid edib onlara cərimə olaraq ödənilən 20 manatı “tula payı” belə adlandırmaqdan çəkinməyib.

Görəsən, BNA vətəndaşa xidmət və vətəndaş məmnuniyyəti deyərkən həmən “pay məsələsinimi” nəzərdə tuturdu …

BNA baş direktoru Vüsal Kərimlinin APATV –in düzənlədiyi debata qatılmaqdan məhz onları bir neçə gün öncə tənqid etmiş Tahir Kərimli ilə qarşılaşmamaq üçün imtina etməsinin səbəbi isə bardağı daşıran son damla oldu.

Belə ki, millət vəkili parlamentin iclasında BNA-ın iş prinspini tənqid edərək, onları hətta vəfat etmiş şəxsin adına belə cərimə yazmaqda ittiham etdi.

Vüsal Kərimlinin millət vəkili ilə debatdan qaçmasını isə qurumun söz və mətbuat azadlığına, mediaya, teledebata, onu studiyada gözləyən Azərbaycan Respublikasının Millət Vəkilinə növbəti “hörməti” kimi dəyərləndirmək olar.


                                                                                                                                                   Oxunub: 800




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: