FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
Dinlər haqqında məlumat
3-06-2015, 16:37
------------------------------------------
------------------------------------------
------------------------------------------
"Tuğ" filimi
8-05-2019, 18:50
------------------------------------------
------------------------------------------
------------------------------------------

Reklam





Xəbər lenti

04-11-2019
04-11-2019
02-11-2019
01-11-2019
01-11-2019
01-11-2019
31-10-2019
30-10-2019
30-10-2019
28-10-2019
24-10-2019
24-10-2019
23-10-2019
22-10-2019
22-10-2019
17-10-2019
17-10-2019
17-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
12-10-2019
10-10-2019
09-10-2019
09-10-2019
08-10-2019
08-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
08-05-2019
01-05-2019
29-04-2019
29-04-2019
29-04-2019
22-04-2019
12-04-2019
11-04-2019
11-04-2019
11-04-2019
09-04-2019
09-04-2019
09-04-2019
03-03-2019
28-02-2019
28-02-2019
28-02-2019
25-02-2019
25-02-2019
25-02-2019
25-02-2019
22-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
20-02-2019
20-02-2019
20-02-2019
18-02-2019
18-02-2019
18-02-2019
14-02-2019
14-02-2019
14-02-2019
14-02-2019


Sayğac


Tibb Unveristetinin klinikasında nələr baş verir?

Tibb Unveristetinin klinikasında nələr baş verir?Azərbaycan səhiyyəsinin inkişafı, müasir standartlara cavab verməsi üçün son illər xeyli işlər görülüb. Tikilən müasir binalar, ən son avadanlıqlar, ayrılan milyonlar...Siyahını nə qədər desən uzatmaq olar.Amma sirr deyil ki, sanki hansısa gizli qüvvələr bu sistemin içərisində oturub görülən işlərə zərbə vurmaq, anarxiya, xaos yaratmaqla məşğuldur. Bu gizli missiya dövlət başçısının, Mehriban xanımın səhiyyə sistemində apardıqları islahatları gözdən salmaq üçün çaba sərf edirlər-həm də milyonlar qazanaraq, həm də insan taleləri üzərində...

Dövlət siyasətinə, ölkə səhiyyəsinə vandalcasına zərbə vuran, görülən işlərə kölgə salan bu qruplaşmanın izlərinə hər yerdə rastlamaq olar. Amma, bir ünvan var ki, illərdir metastaz kimi səhiyyə sistemini daxildən məhv edir. Həm də ən üst səviyyədə, həm də göz görə-görə...

Rubrika.az saytına Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında baş verən olaylar haqqında daxil olan məlumatlar insanda ilk baxışdan hansısa dramatik kriminal bir filmin ssenarisi təəssüratı yaradır. “Bu qədər də olmaz” dedirtən əməllər Azərbaycan səhiyyəsinin bilavasitə məhvinə yönəldilib desək yanılmarıq. Həm də Gəray Gəraybəylinin rektorluğu , Surxay Hadıyevin direktorluğu altında...

TCK-da hər şey pulun iradəsinə tabe edilib. Sağlamlıq burada ən son dəyər verilən meyardır. Xəstədən daha çox pul qopartmaq üçün tibbin “ən son üsullarından” istifadə edilir. Qiymətlər isə digər tibb müəssisələrindən dəfələrlə bahadır-baxmayaraq ki, keyfiyyət barədə bunu demək qətiyyən mümkün deyil. Adi bir misal göstərək ki, məsələn 20 yanvar metrosu yaxınlığında yerləşən bir klinikada stomotoloji rentgenin qiyməti 20 manatdırsa, TCK-da bu 50-60 manat təşkil edir. Eləcə də bütün digər səhiyyə xidmətləri bu qəbildən müqyisə olunmaz dərəcədə bahadır.

Rubrika.az saytına verilən məlumatlara görə TCK-da qiymətlərin son vaxtlar 18-20 faiz artırılmasını ƏDV ilə əlaqələndirirlər. Maraqlıdır ki, məgər indiyə qədər Klinika üçün ƏDV tətbiq olunmayıbmı, yoxsa indi vergi ödəmək yadlarına düşüb? Yəqin ki, Vegilər nazirliyi Klinikada kiçik bir araşdırma aparsa hələ çox mətləblər üzə çıxacaq.

Klinikada pul yığma bir neçə mərhələdə aparılır. Belə ki, öncə müalicə üçün müəyyən olunmuş məbləğ alınır. Bununla canını qurtardığını zənn edən xəstə yaxınlarının fəlakəti daha sonra başlanır.Palatada xəstənin az qala aldığı nəfəsə görə də pul tələb edilir, tibb personalının istəkləri bitib tükənmir.

Rubrika.az saytına daxil olan məlumatda TCK-da baş verən daha dəhşətli bir olaydan bəhs edilir. Belə ki, öd kisəsində aparılacaq əməliyyat üçün xəstədən 15 min manatdan çox pul alınıb. Uğursuz əməliyyatdan sonra xəstə yaxınlarına onun tezliklə öləcəyini bildirərək klinikada saxlamağın mənasızlığını deyiblər. Heç bir rəsmi ərizə, hər hansı sənəd vermədən xəstəni “ölməsi” üçün evə buraxıblar və 15 gün əzab-əziyyətdən sonra xəstə vəfat edib. Bax beləcə Tədris Cərrahiyyə Klinikasında “15 min manata 15 günə ölüm” xidmətləri də təqdim edilir.

Göründüyü kimi Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əsl insanlıq dramı, səhiyyə faciəsi yaşanır. Dövlətə, onun siyasətinə zərbə vurmaq üçün bu qədər “zəhmət çəkmək” heç bir ölçüyə, əndazəyə sığışmır. Görəsən Klinika rəhbərliyinin marağı nədir ki, prezidentin, Mehriban xanımın səhiyyə sistemi üçün gördüyü miqyasa gəlməz işlərə kölgə salmaq üçün bu qədər əmək sərf edirlər?

Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilməyə başlanılmış və 2013-cü ildə Bakı şəhərində analoqu olmayan 14 mərtəbədən ibarət müasir standartlara cavab verən möhtəşəm bir tibb ocağı xəstələrin və müəllim-tələbə heyyətinin istifadəsinə verilmişdir. Yuxarıda sadaladıqlarımızı reallaşdırmaq üçünmü???
MEDİA tv


                                                                                                                                                   Oxunub: 1850




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: