FB'da MAQNAT.TV-ni izləyin

Videofraqment:





Video







Arxiv

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ən çox oxunanlar

------------------------------------------
------------------------------------------
------------------------------------------
Sahibkar başçıya üz tutdu
18-02-2019, 13:59
------------------------------------------
Dinlər haqqında məlumat
3-06-2015, 16:37
------------------------------------------
------------------------------------------
------------------------------------------
"Tuğ" filimi
8-05-2019, 18:50
------------------------------------------
------------------------------------------
------------------------------------------

Reklam





Xəbər lenti

04-11-2019
04-11-2019
02-11-2019
01-11-2019
01-11-2019
01-11-2019
31-10-2019
30-10-2019
30-10-2019
28-10-2019
24-10-2019
24-10-2019
23-10-2019
22-10-2019
22-10-2019
17-10-2019
17-10-2019
17-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
14-10-2019
12-10-2019
10-10-2019
09-10-2019
09-10-2019
08-10-2019
08-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
07-10-2019
08-05-2019
01-05-2019
29-04-2019
29-04-2019
29-04-2019
22-04-2019
12-04-2019
11-04-2019
11-04-2019
11-04-2019
09-04-2019
09-04-2019
09-04-2019
03-03-2019
28-02-2019
28-02-2019
28-02-2019
25-02-2019
25-02-2019
25-02-2019
25-02-2019
22-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
21-02-2019
20-02-2019
20-02-2019
20-02-2019
18-02-2019
18-02-2019
18-02-2019
14-02-2019
14-02-2019
14-02-2019
14-02-2019


Sayğac


Karate Federasiyasında qalmaqal

Karate Federasiyasında qalmaqalAzərbaycanda idman federasiyaları ətrafında yaşanan qalmaqalların sırasına daha biri əlavə olunub. Boks, basketbol, güləş federasiyalarının ardınca, Azərbaycan Karate Federasiyasında da maddi problemlər yaşanır. Uzun zamandır sponsorsuz qalan federasiya, 6 aydan çoxdur ki, işçilərinə maaş ödəmir. Vəziyyət o həddə çatıb ki, federasiya maliyyə problemlər səbəbindən bir çox beynəlxalq yarışlara qatıla bilmir.

Faktı Sputnik Azərbaycan-a Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov da təsdiqləyib. O deyib ki, maaşların verilməsində, təxminən 6 aylıq gecikmə var: "Biz may ayında aprel ayının maaşını almışıq. Həmin aydan sonra bizə əməkhaqqı verilməyib".
Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov da xəbəri təsdiqləyib. O bildirib ki, federasiyada çalışanlar 6 aydır maaş almırlar: "Beynəlxalq Bank maddi vəziyyətinin yaxşı olmadığı üçün, federasiyaya sponsorluq etməkdən imtina etdi. Ona görə də, federasiya sponsorsuz qaldığı üçün maddi problemlərlə üzləşib".
"Amma zaman olub ki, biz 2 il əməkhaqqı almadan işləmişik. Düşünürəm ki, bu da müvəqqəti çətinlikdir. Gənclər və İdman Nazirliyi də bu məsələnin həlli üçün çalışır. Ümid edirəm, tezliklə bizi maliyyələşdirəcək sponsor tapılacaq" — R. Hətəmov bildirib.
Vitse-prezident qatıldıqları yarışların maliyyəsinin nazirlik tərəfindən ayrıldığını qeyd edib: "Mətbuatda yazılır ki, karate millisi yarışlara getmir. Bu, doğru xəbər deyil. Gənclər və İdman Nazirliyi bizim yarışlara getməyimiz üçün maliyyə vəsaiti ayırır. Hazırda da yarışa hazırlaşırıq".

"Federasiyanın maliyyə sıxıntısına görə bəzi işçilər ərizə yazaraq işdən ayrılıblar. Çünki neçə aydır işçilərə maaş verə bilmirik. Onları işdə saxlamaq hüququmuz yoxdur. Həm də işçilərin vergi xərcləri də federasiyaya əlavə borc yaradır. Ona görə də, müvəqqəti olaraq işdən ərizə yazaraq ayrılıblar. Sponsor cəlb olunandan sonra, iş tapmayan və bizimlə işləmək istəyən əməkdaşlarımızı yenidən sıralarımıza dəvət edəcəyik" – deyə R.Hətəmov əlavə edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da yaranmış vəziyyətə münasibət bildirib. O, Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Gənclər və İdman Nazirliyi heç bir federasiyaya maaş vermir.
"Nazirlik idmançıların təlim-məşq toplanışlarında iştirakına, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmələrinə görə maliyyə vəsaiti ayırır. Bu da hər ilin əvvəlində təqdim olunan təqvim planına əsasən hazırlanır" — S. Məmmədova vurğulayıb.
Onun sözlərinə görə, həmin təqvim planı federasiyalar tərəfindən verilən yarışların siyahısı əsasında hazırlanır: "Nazirlik də siyahını nəzərə alaraq federasiyaların təlim-məşq toplanışlarına və beynəlxalq yarışlarda iştirakına büdcə ayırır. Eyni zamanda, federasiyalar tibbi ləvazimatlarla təmin edilir".


                                                                                                                                                   Oxunub: 2020




Şərh bildir!
Ad və soyadınız :

E-Mail:


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi

Təhlükəsizlik kodu:
Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə


Təhlükəsizlik kodunu daxil edin: